Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2022 23:06
Türkiyənin ilk pilotsuz qırıcısı "Bayraktar Kızılelma"nın ilk uçuşu bir ay ərzində həyata keçirilə bilər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində gənclərlə görüşü zamanı bildirib.
O, əlavə edib ki, Türkiyə artıq öz raketlərini də istehsal edir.
Ərdoğan, həmçinin, terrorla mübarizə mövzusuna toxunaraq, ABŞ-nın Suriyanın şimalına 4-5 min yük maşını ilə silah və sursat göndərdiyini bildirib. O, bu barədə Ankaranın rəsmi Vaşinqtona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, ABŞ-nın terrorçulara dəstəyini dayandırmadığını vurğulayıb.