Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2022 07:42
Ukrayna ölkənin silahlı qüvvələrinin Rusiya ərazisinə mümkün hücumları ilə bağlı tənqidləri rədd edir.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ARD telekanalına müsahibəsində deyib.
Xarici işlər naziri Ukraynanın "odla oynaması" ilə bağlı iddiaları başa düşmür. Bununla belə, o, Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarını vurduğunu təsdiqləməyib.
"Putin bizi dövlət olaraq, millət olaraq məhv etməyə gəlib. Əgər qatil mənzilinizə girib sizi öldürmək istəsə, qonşunuz isə "odla oynamayın, təxribat etməyin" desə, yəqin ki, qonşunun ağlını itirdiyini düşünərsən".
O vurğulayıb ki, "Ukraynaya əxlaq dərsi keçməyə" ehtiyac yoxdur.
Eyni zamanda, D.Kuleba Ukraynada elektrik enerjisinin tam kəsilməsi ssenarisini real hesab edir. Lakin o, qışda qeyri-sabit vəziyyətə görə ukraynalıların kütləvi şəkildə ölkəni tərk edəcəyini gözləmir.