Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda etirazlarda ölənlərin sayı 488-ə çatıb

İranda etirazlarda ölənlərin sayı 488-ə çatıb

Tarix: 12 Dekabr 2022 08:10

İranda etirazlarda 488 nəfər həlak olub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 259 nəfər həbs olunub. Onlardan 3 784 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 625 nəfər tələbədir. Nümayişlərə 143 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 161 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 62 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

Milli.Az


Etiketlər:  İranda etirazlarda ölənlərin sayı 488 ə çatıb


RƏYLƏR