Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2022 08:14
Danışılmış oyunların daha iki iştirakçısı cəzalandırılıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Fransa tennisçiləri Jül Okala və Mik Leskür ömürlük diskvalifikasiya edilib.
Buna onların çoxsaylı danışılmış oyunlarda iştirakı səbəb olub. Hər iki tennisçinin adı Fransa və Belçikanın hüquq-mühafizə orqanlarının araşdırmalarında yer alıb.
ATP reytinqində 338-ci pillədən yüksəyə qalxmayan Okala 7 danışılmış oyunda iştirak edib. O, həm də 15 min dollar cərimə ödəyəcək. Şəxsi rekordu 487-ci yer aolan Leskür 8 bənd üzrə günahkar hesab olunub. O, 40 min dollar cərimələnib.