Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2022 08:15
Biz vaxtaşırı xəstələnirik. Xəstələndikdə isə həkimlərin yardımına ehtiyacımız olur və biz həkimlərə inanıb onların hər dediyini yerinə yetiririk. Cəmiyyət arasında həkimlər barədə müxtəlif əfsanələr söyləniıir. Bu əfsanələrdən bir-neçəsi aşağıdakılardır.
Həkimlər Hippokrat andı içiblər.
Qədim dövrlərdən bütün tibb işçiləri ilk tibbi fəaliyyətə başlamazdan Hippokrat andına sadiq olmaları barədə and içib soz veriblər. Bu indi belə deyil. İndi bütün ölkələrin tibb işçiləri öz yerli və dini xüsusiyyətləriə uyğun and içirlər.
Həkimlər nadir hallarda xəstələnirlər
Bu əhali arasında yayılan söyləntidir. Həkimlər də digər insanlar kimi xəstələnə bilirlər. Hətta onların işləri gərginlik və stress tələb etdiyi üçün adi insanlardan daha çox həkimlər xəstələnirlər. Həkimlər arasında aparılan araşdırmalar onları ən çox yuxusuzluqdan və depreddiyadan əziyyət çəkdiklərini təsdiq edir. Buna səbəb isə həkim peşəsinin çətin və məsuliyyət tələb etməsidir. Həkimlər işləri ilə əlaqədar olaraq yoluxucu xəstəliklərdən, dəri xəstəliklərindən daha çox əziyyət çəkirlər.
Ən yaxşı diplomu olan həkim ən savadlı həkimdir
Həkimlər də bizim kimi adi insanlrdır. Yaxşı və ya bir-neçə diplomun olması həkimin səhv etməməsi demək deyil. Buna səbəb isə onun savadsızlığı deyil. Bəzən həkimlər yorğunluqdan, diaqnostik aparaturaların çatışmazlığından səhv edə bilirlər. Səhvlər ən çox mamalıq, anesteziologiya, psixatriya və stomatologiya sahəsində baş verir.
Həkimlər çox pul qazanır
İctimaiyyət arasında həkimlərin ən çox pul qazanan adamlar olduğu barədə əfsanələr söylənilir. Halbuki, yerli dövlət hakimiyyətinə tabe olan və büdcə ilə maliyələşən həkimlərin maaşı çox azdır. Onlar da ailələrini sistemli şəkildə dolandırmağa çalışan adamlardandırlar.
Həkimlər bilərəkdən pis xəttlə yazırlar.
Çoxları həkimlərin reseptləri oxunmasın deyə onların pis xəttlə yazdıqlarını söyləyirlər. Amma, bu belə deyil. Həkimlərin çoxu universitetdə mühazirələr zamanı tez-tez yazdıqları üçün xəttlərini korlandıqlarını deyirlər.
Bəzi həkimlərin hətta, xəstəyə psixoloji təsir etmək üçün pis xəttlə yazdığı barədə də söyləntilər vardır. Bəzən də həkimlərin xəttinin pis olmasını onların yorğun olduqları üçün tələsdiklərindən baş verdiyi söylənilir.