Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2022 01:12
Latın Amerikası ölkələrindən birində sərnişin təyyarəsinin havaya qalxmasından 10 dəqiqə sonra qapısı qopub.
Sonxeber.net bildirir ki, bu barədə Çilinin "T13" telekanalı məlumat yayıb.
Hadisə bazar ertəsi, dekabrın 12-də səhər saatlarında Navarino adasındakı kiçik Puerto Uilyams şəhərində baş verib. Havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra "Beechcraft King Air-100" təyyarəsinin qapısı qopub. Hadisə şahidləri tərəfindən lentə alınan videoda laynerin su üzərində qapısı olmadan necə uçduğu, sərnişinlərin güldüyü əks olunub.
Nəticədə pilot hava limanına geri qayıdaraq təcili eniş etməli olub. İnsident zamanı göyərtədə doqquz turist və iki ekipaj üzvü olduğu dəqiqləşib. Onlardan heç biri xəsarət almayıb, lakin məcburi enişdən sonra təyyarə aerodromda qalıb.
Mənbənin sözlərinə görə, hazırda aviaşirkət insidentin səbəblərini öyrənmək üçün araşdırma aparır.
İrfan Vəliyev