Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 07:36
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq" və "Dəmirli" yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların keçirdiyi etiraz aksiyası artıq altı gündür davam edir.
Aksiya iştirakçıları Xankəndi-Laçın yolunda şamlarla "Stop ekoterror" yazıblar.
Onlar yazının ətrafında bayraqlarla duraraq "Stop ekoterror" şüarını səsləndiriblər.