Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın evinin arxasında ayı yuvasını aşkar edib - VİDEO

Qadın evinin arxasında ayı yuvasını aşkar edib - VİDEO

Tarix: 17 Dekabr 2022 17:26

Amerikanın Şimali Karolina ştatının Eşvil şəhərinin sakini küçədən gələn qəribə səsləri eşidib və evinin yaxınlığında ayı yuvası tapıb.

Milli.Az bildirir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

Keysi Vanderqrift, ayıları mühafizə edən "Help Asheville Bear" təşkilatı ilə əlaqə saxlayıb və, heyvanın yaşadığı ərazisində olduğundan şübhələndiyini söyləyib. Təşkilatın rəhbəri Codi Uilyams qadının evinə gəlib və evin arxasındakı kolluqlarda ayı yuvası taparaq çox təəccüblənib. Yuvada dişi ayı olub.

Qadın ayını öz ərazisindən qovmamağa razılaşıb və mütəxəssislər çağırılmamış qonağın yanvarda balalarını dünyaya gətirib-gətirməyəcəyini öyrənmək üçün yuvaya nəzarət edəcəklər.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qadın evinin arxasında ayı yuvasını aşkar edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ