Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Modriç yeni rekorda imza atdı

Modriç yeni rekorda imza atdı

Tarix: 17 Dekabr 2022 22:20

Luka Modriç 2022-ci il dünya çempionatında Xorvatiyanın 7 matçının hamısında iştirak edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Mərakeşlə üçüncü yer uğrunda görüşdə ilk dəqiqələrdən meydanda olub.

Əvvəllər yalnız qapıçılar Peter Şilton (1990) və Dino Dzoff (1982) yaşları 37-dən yuxarı ikən dünya çempionatlarında eyni turnirdə yeddi oyuna çıxıblar.

Beləliklə, "Real Madrid"in yarımmüdafiəçisi 37 və daha yuxarı yaş kateqoriyasında turnirin bütün oyunlarında iştirak edən ilk sahə oyunçusu olub.


Etiketlər:  Modriç yeni rekorda imza atdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ