Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2022 02:56
İtaliyanın "Fiorentina" klubunun və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını İspaniyada davam etdirə bilər.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Toni Xuanmarti yayıb.
Xəbərə görə, Amrabatın xidmətində "Barselona" maraqlıdır. 26 yaşlı futbolçunun DÇ-2022-dəki çıxışından məmnun qalan kataloniyalıların Florensiya təmsilçisinə rəsmi təklif hazırladığı bildirilib. Mənbə "Fiorentina"nın Sofyanı 40 milyondan ucuz satmaq istəmədiyini də vurğulayıb.
Qeyd edək ki, dünən 3-cü yer uğrunda görüşdə Xorvatiyaya 1:2 hesabı ilə uduzan Mərakeşin mundiala qatılan bütün futbolçularının transfer qiyməti 3-4 dəfə artıb.