Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dostunu qətlə yetirib basdıran qatil həbsdə öldü - BAKIDA

Dostunu qətlə yetirib basdıran qatil həbsdə öldü - BAKIDA

Tarix: 19 Dekabr 2022 14:40

Bakıda daha bir məhkum həbsdə ölüb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. 

Adam öldürmə cinayətinə görə azadlıqdan məhrum edilən Ziyəddin Seyidov həbsxanada vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, məlum qətl hadisəsi 2020-ci il iyunun 16-da qeydə alınıb.

İtkin düşən Bakı şəhər sakini Nazim Musayevin dostu Ziyəddin Seyidov tərəfindən öldürüldüyü müəyyən edilib.   

Z.Seyidov dostunu öldürdükdən sonra izi itirmək üçün onun meyitini basdırıb. 

Milli.Az


Etiketlər:  Dostunu qətlə yetirib basdıran qatil həbsdə öldü BAKIDA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ