Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anasını çəkiclə öldürdü

Anasını çəkiclə öldürdü

Tarix: 21 Dekabr 2022 19:12

Rusiyada, Volqoqrad vilayətində rusiyalı qadın anasını öldürdüyünə görə 8 il müddətinə həbs edilib.

Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məhkəmənin müəyyən etdiyi kimi, iyunun 13-də Olxovka kəndindəki fərdi yaşayış evində 52 yaşlı qadınla qızı arasında münaqişə baş verib. Həddindən artıq sərxoş vəziyyətdə olan gənc qadın təqaüdçünün sözlərinə aqressiv reaksiya verib - o, çəkic götürərək zərərçəkənin başına bir neçə məqsədli zərbə endirib. Bundan sonra o, anasını boğmağa başlayıb.

Anasını öldürən qatil cəsədi evin həyətinə çıxararaq qazılmış çuxura atıb, sonra isə onun üstünü torpaqla örtüb. Həkimlər müəyyən ediblər ki, ölümün səbəbi mexaniki asfiksiya və tənəffüs yollarına torpağın düşməsi olub.

İrfan Vəliyev


Etiketlər:  Anasını çəkiclə öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ