Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2022 13:34
Kremlin "dost" hesab etdiyi Çin faktiki olaraq Rusiyaya köməkdən və onu texnologiya ilə təmin etməkdən imtina edir. Bununla yanaşı, Pekin Moskvadan nefti 30% endirimlə satmağı tələb edir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri amerikalı diplomat Maykl Makfol deyib.
O bildirib ki, Çin Rusiyaya qarşı sanksiyaları qeyri-ictimai şəkildə dəstəkləyir və Kremlə texnologiya verməkdən imtina edir:
"Onlar çox sakitdirlər, Putinə yardım etmirlər. Texnologiyadan danışırıqsa, bu, olduqca vacibdir. Çünki çinlilərdə texnologiya var, lakin onu vermirlər. Əgər Rusiyanın belə müttəfiqləri varsa, düşünürəm ki, Kreml dünyadakı mövqelərinə yenidən baxmalıdır".