Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Miri Yusif aktrisa ilə suyun altında rəqs etdi - VİDEO

Miri Yusif aktrisa ilə suyun altında rəqs etdi - VİDEO

Tarix: 23 Dekabr 2022 20:05

Xalq artisti Miri Yusif yeni layihəsini təqdim edib.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,sənətçi musiqisi və sözləri Zamiq Əliyevə məxsus "Xəzərəm" adlı mahnısına ekran həyatı verib.  

Miri Yusif baş rolda Alsu Bayramovanın yer aldığı klipinin rejissorluğunu Əli Fərhada həvalə edib. Layihənin müəllifi Emin Əfəndiyə məxsusdur.

İki gün ərzində davam edən çəkilişlərdə Miri Yusif su altında qalmaq üçün xüsusi dərslər alıb. Sözügedən kadrlar isə 4 saat ərzində lentə alınıb.

Klipdə müğənni ilə aktrisanın suyun altında rəqsi diqqət çəkib. Sözügedən ekran işi Xalq artistinin rəsmi "YouTube" kanalında izləyicilərin ixtiyarına verilib.

Qeyd edək ki, Miri Yusifin "Xəzərəm" adlı nəğməsi bir çox musiqi platformalarında yayımdadır.

Milli.Az


Etiketlər:  Miri Yusif aktrisa ilə suyun altında rəqs etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ