Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalmaqallı paylaşıma görə iki məşhur brendin arası dəydi

Qalmaqallı paylaşıma görə iki məşhur brendin arası dəydi

Tarix: 24 Dekabr 2022 16:00

"Adidas" brendi uşaq pornoqrafiyasını təbliğində təqsirkar bilinən "Balenciaga" markası ilə əməkdaşlığını sonlandıra bilər.

Milli.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Sneaker Freaker" nəşri məlumat yayıb. Nəşr brendlərin birgə kolleksiyasından olan əşyaları sifariş verən müştərilərə "Adidas"dan gələn mesajlara istinad edib.

"Biz "Balenciaga" ilə tərəfdaşlığımızı yenidən nəzərdən keçirmək üçün fasilə verdik və kolleksiyadakı bütün əşyaların satışını saxlamağa qərar verdik. Bu səbəbdən sifarişinizi yerinə yetirə bilməyəcəyik" deyə, brendin bəyanatında deyilir.

Nəşrin məlumatına görə, eyni hal "Balenciaga"nın saytında da yaşanır.

Qeyd edək ki, italyan moda evi "Gucci" də pedofiliyanın təbliğində ittiham olunur.


Etiketlər:  Qalmaqallı paylaşıma görə məşhur brendin arası dəydi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ