Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2022 23:04
"İsgəndər" raket komplekslərinin və "S-400" zenit-raket komplekslərinin istismarını təmin edən Belarus hərbçiləri Rusiya və Belarus silahlı qüvvələrinin birgə döyüş hazırlığı mərkəzlərində tam təlim kursu keçiblər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Belarus Müdafiə Nazirliyinin İdeoloji işlər üzrə Baş idarəsinin rəisi Leonid Kasinski STV telekanalına müsahibəsində deyib.
"Bu silah növləri bu gün döyüş növbətçiliyindədir və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazırdır", - Kasinski bildirib.
O, həmçinin əlavə edib ki, xüsusi aviasiya sursatlarının daşınması üçün nəzərdə tutulan təyyarələrin və uçuş heyətinin hazırlığı davam edir.