Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

Növbəti

Tarix: 26 Dekabr 2022 12:58

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir. 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Buraxılış mərasimində kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb. Çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən məzunlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkili çəkdirilib.

Milli.Az


Etiketlər:  Növbəti Komando başlanğıc kursunun buraxılış mərasimi keçirilib


RƏYLƏR