Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2022 19:28
Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən "h0ur_of.(ode:" Kod saatı - Rəqəmsal Bacarıqlar layihəsi həyata keçirilib. Bütün Azərbaycanı təmsil edən şagirdlər kodlaşdırma bacarıqlarını nümayiş etdiriblər.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov qaliblərlə bağlı görüntüləri paylaşıb.
Bakının 249 nömrəli tam orta məktəbindən olan bacı-qardaş birinci və ikinci yeri tutub. Kodlaşmanı bir-birilərindən öyrəndiklərini deyən məktəblilər gələcəkdə informasiya texnologiyaları sahəsində çalışmaq istədiklərini bildiriblər.
"Kod saatı" müsabiqəsinin II yerinin qalibi Əkbər Əbilov isə bir müddət əvvəl qəza keçirsə də, qalib olmağı bacarıb.
Qeyd edək ki, layihədə 300 nəfər IV-IX sinif şagirdləri iştirak edib. Layihənin məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etməkdir.