Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 12:16
Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyi Goranboy rayonu Xanqərvənd kəndində qonşuları tərəfindən ata bağlanaraq sürüdülən qadının vəziyyəti ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Goranboy rayonu Xanqərvənd kənd sakini 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Faktla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Qeyd edək ki, Goranboy rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova ilə qonşuları ilə aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin