Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xankəndi-Laçın yolunda etirazlar on yeddi gündür davam edir - FOTO

Xankəndi-Laçın yolunda etirazlar on yeddi gündür davam edir - FOTO

Tarix: 28 Dekabr 2022 08:28

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq on yeddinci gündür davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, aksiya iştirakçıları etirazlarını davam etdirirlər. Müxtəlif şüarlar səsləndirən aksiyaçılar hər günü Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar. Daha sonra aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirərək davam ediblər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Milli.Az


Etiketlər:  Xankəndi Laçın yolunda etirazlar on yeddi gündür davam edir FOTO


RƏYLƏR