Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva Bakının tələbi qarşısında bildirir ki…

Moskva Bakının tələbi qarşısında bildirir ki…

Tarix: 28 Dekabr 2022 08:36

Ceyhun Bayramov Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi haqda dedikləri diqqət çəkdi: Moskva Bakının tələbi qarşısında bildirir ki, "erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir".

Sonxeber.net axar.az-a istinadən bildirir ki, əslində Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır: Bakıya qarşı təzyiq kartı kimi istifadə edir, separatçıların "müdafiəsi" təşkil olunmur;

Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, "döyüş postları" qurmasına şərait yaradan da sülhməramlılar olub. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir. Və bu, həm də o deməkdir ki, Azərbaycan qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasa, nə Ermənistan, nə də Rusiya 4-cü bəndi icra edəcək, bundan danışıqlar prosesini uzatmaq üçün istifadə edəcək.


Etiketlər:  Moskva Bakının tələbi qarşısında bildirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ