Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva Tehrana qırıcı təyyarələr verdi - TƏFƏRRÜAT

Moskva Tehrana qırıcı təyyarələr verdi - TƏFƏRRÜAT

Tarix: 28 Dekabr 2022 13:30

Rusiya Federasiyası bütün xəbərdarlıqlara və risklərə rəğmən, İran İslam Respublikasına ən müasir hərbi texnika verməyə başlayır.

Sonxeber.net-ın əldə etdiyi məlumata görə, bu yaxınlarda Rusiyadan İrana 24 Su-35S qırıcı təyyarəsi göndəriləcək.

Təyyarələr İranın Hərbi-Hava Qüvvələrinin İsfəhan şəhərinin yaxınlığındakı Şikari yaşayış məntəqəsindəki Şəhid Beheşti adına 8-ci aviabazasında ("Forudgahe Beynül Məlalaye Şəhid Beheşti") yerləşdiriləcək.

Həmin qırıcılar İran HHQ-nin iki yeni eskadrilyasını təşkil edəcək.

Moskva və Tehran arasındakı gizli anlaşmanın şərtlərinə görə, İrana "4++" nəslindən olan 64 yeni Su-35S qırıcıları veriləcək. Bu qırıcılar İran HHQ-dəki köhnəlmiş, hələ 1979-cu ildəki İslam İnqilabından əvvəl ABŞ-dan alınmış F-5 və F-4 qırıcılarını əvəzləyəcək.

Su-35C-ləri idarə edəcək iranlı pilotlar hazırda Rusiyada təlim keçirlər.

Bundan başqa, Rusiya İrana 4 Mi-26 ağır nəqliyyat helikopteri göndərəcək, əvəzində isə İrandan radioelektron mübarizə vasitələri alacaq.


Etiketlər:  Moskva Tehrana qırıcı təyyarələr verdi TƏFƏRRÜAT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ