Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN: Ötən sutka 30 yanğına çıxış olub - VİDEO

FHN: Ötən sutka 30 yanğına çıxış olub - VİDEO

Tarix: 30 Dekabr 2022 16:48

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Milli.Az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 30 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər, o cümlədən Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) "BMW" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 3 nəfər xilas edilib, yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  FHN Ötən sutka 30 yanğına çıxış olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ