Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanadan gələn məktubu oxuyub şoka düşdülər - Yeni ilə bir gün qalmış...

Xəstəxanadan gələn məktubu oxuyub şoka düşdülər - Yeni ilə bir gün qalmış...

Tarix: 30 Dekabr 2022 17:10

Böyük Britaniyada Donkaster yaxınlığındakı xəstəxanada xəstələrə Milad bayramı təbriki əvəzinə ağciyər xərçəngi olduğunu bildirən mesajlar gəlib.

Sonxeber.net bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.

"Askern Medikal Praktis" xəstəxanasında qeydiyyatda olan yüzlərlə insana səhvən bu diaqnozla olan mesajlar gəlib. Orada deyilib: "Diaqnoz - metastazları olan aqressiv ağciyər xərçəngi".

Həmin xəstələr arasında ağciyər xərçəngi testinin nəticəsini gözləyən Cənubi Yorkşir ştatının Norton şəhərindən olan 57 yaşlı Kris Rid də olub. Kişinin sevgilisi bu mesajı görəndə göz yaşlarına boğulduğunu deyib. Xəstəxanaya zəng vurmağa çalışıb, ancaq xətt məşğul olub.

Britaniyalının özü həkimə gələrək mesajın səhvən göndərildiyini və analizlərinin nəticəsinin mənfi olduğunu öyrənib. "Cəmi bir saat ərzində "Sizdə ağciyər xərçəngi var"dan "Milad bayramınız mübarək"ə keçdilər. İnanılmazdır", - kişi deyib.

Xəstəxana daha sonra qəzəbli və qorxmuş xəstələrə üzr və Milad bayramını təbrik edən mesaj göndərib.

İrfan Vəliyev


Etiketlər:  Xəstəxanadan gələn məktubu oxuyub şoka düşdülər Yeni ilə gün qalmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ