Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2022 00:45
Artıq iki gün sonra yeni ilə qədəm qoyuruq. Geridə qalan il həm xoş, həm də kədərli günlərlə yadda qaldı.
Sonxeber.net qafqazinfoya istinadən 2022-ci ildə Azərbaycanın mədəniyyət və siyasət sahəsində yaşanan itkiləri təqdim edir:
Belə ki, yanvarın 8-də Əməkdar artist, aktyor Novruz Qartal vəfat edib.
23 fevral - Xalq artisti, qoboy ifaçısı Kamil Cəlilov dünyasını dəyişib.
24 fevral - Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyev vəfat edib.
25 fevral - Xalq artisti, xanəndə Əlibaba Məmmədov dünyasını dəyişib.
Martın 10-dan 11-nə keçən gecə - Xalq yazıçısı Rüstəm İbrahimbəyov Rusiyada vəfat edib.
12 mart - "Lalə" qızlar ansamblının ilk solistlərindən biri, müğənni Elmira Əliyeva dünyasını dəyişib.
27 mart - Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov dünyasını dəyişib.
1 aprel - Xalq artisti, rejissor Zülfüqar Abbasov vəfat edib.
19 may - Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.
17 iyul - Xalq artisti, bəstəkar Sevda İbrahimova vəfat edib.
3 avqust - tanınmış jurnalist Araz Zeynalov vəfat edib.
9 avqust - Əməkdar rəssam Arif Məhərrəmov vəfat edib.
16 avqust - müğənni, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-də vəfat edib.
3 sentyabr - Əməkdar rəssam Asif Azərelli dünyasını dəyişib.
3 sentyabr - Əməkdar incəsənət xadimi, AYB üzvü Səyavuş Məmmədzadə dünyasını dəyişib.
5 sentyabr - Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyev ABŞ-də vəfat edib.
20 sentyabr - Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut dünyasını dəyişib.
22 sentyabr - aktrisa Fərqanə Quliyeva dünyasını dəyişib.
28 sentyabr - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sabir Yusifoğlu dünyasını dəyişib.
30 sentyabr - bəstəkar-müğənni Rəhim Rəhimli vəfat edib.
16 sentyabr - Xalq artisti, truba ifaçısı Vaqif Abutalıbov vəfat edib.
6 oktyabr - Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə vəfat edib.
9 oktyabr - Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova vəfat edib.
23 oktyabr - Əməkdar artist, xanəndə Süleyman Abdullayev vəfat edib.
4 noyabr - keçmiş vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib.
15 dekabr - Əməkdar incəsənət xadimi, bəstəkar Oqtay Rəcəbov vəfat edib.
16 dekabr - aktyor Sadiq Əhmədov vəfat edib.
22 dekabr - "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, Xalq artisti Fikrət Verdiyev vəfat edib.
23 dekabr - Əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanov dünyasını dəyişib.