Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sən hələ gəl o səviyyəyə çat, sonra...''

''Sən hələ gəl o səviyyəyə çat, sonra...''

Tarix: 31 Dekabr 2022 04:45

"Yəqin ki, sizi də paylaşdığınız videolara gələn şikayətlər bezdirib. Mən anlamıram ki, necə olur müğənni öz ayağı ilə gəldiyi verilişə onun çalışdığı musiqi şirkəti şikayət göndərir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Kazım Sübhan sosial şəbəkə hesabında yazıb. O, sosial şəbəkədə mahnılara şikayət gəlməsindən gileylənib:

"Əvvəllər tamaşaçı, dinləyici sevdiyi mahnını paylaşardı və bu, onun piarına da təsir göstərərdi. İndi isə hər adını şirkət qoyan videolara blok atır. Bu düzgündür? Adını da qoyurlar ki, müəllif hüquqları. Xeyr! Müəllif hüquqları məsələsi deyil. Səbəb yenə də puldur. Birdən biz milyonlar qazanarıq o videodan, verilişdən. Çox mənasız və məntiqsiz. İndi deyəcəklər ki, bütün dünyada belədir. Sən hələ gəl o səviyyəyə çat, sonra dünya ilə özünü müqayisə edərsən. Onsuz da heç kim yutubdan milyonlar qazana bilməyəcək".

Milli.Az


Etiketlər:  Sən hələ gəl səviyyəyə çat sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ