Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2022 12:05
Ötən günlərdə ana olan aktrisa Aydan Axundzadə qızı ilə fotolarını paylaşıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, həyat yoldaşı İbrahim Çingizin də yer aldığı görüntüləri instaqram izləyiciləri ilə bölüşüb. Aydan yeni doğulan övladı Mehribanla bağlı bu sözləri yazıb:
"Hər şey bir anda necə dəyişirmiş! 9 ay bətndə olduğu müddəti demirəm... o vaxt tamam başqa idi. Onda da elə bilirdim ki, ondan doğma heç kim yoxdur. Ürəyimin altında ürəyi döyünürdü, vallah hiss edirdim. Amma... Sən demə, hələ tam bilmirmişəm. Bilmirdik.
Qucağımıza verilən andan əvvəlki dünya bir anda çilik-çilik olub dağıldı. Ardından yeni, tərtəmiz, tamam başqa hisslərlə dolu dünya boylandı. Demə, heç nəyin sənin qədər dəyəri yox imiş. Bu vaxta qədər sənsiz necə yaşamışıq biz, ay körpəm?! İbrahim, çox sağ ol, ailəm".