Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BVF rəhbərindən ŞOK XƏBƏRDARLIQ

BVF rəhbərindən ŞOK XƏBƏRDARLIQ

Tarix: 2 Yanvar 2023 07:54

Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva xəbərdarlıq edib ki, 2023 dünya iqtisadiyyatının böyük hissəsi üçün çətin il olacaq.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,Beynəlxalq Valyuta Fondunun prezidenti "CBS" televiziyasına müsahibəsində qlobal iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.

BVF-nin 2023-cü ildə tənəzzüllə bağlı gözləntiləri ilə suala Georgiyeva, "Dünya iqtisadiyyatının çox hissəsi üçün bu il, geridə qoyduğumuz ildən daha çətin olacaq",-deyə cavab verib.

Georgiyeva buna səbəb kimi ABŞ, Avropa İttifaqı (Aİ) və Çin kimi 3 böyük ölkənin iqtisadiyyatının yavaşlamasını göstərib.

Eyyni zamanda ABŞ-ın ən dözümlü olduğuna diqqət çəkən Georgiyeva, ölkədə əmək bazarının kifayət qədər güclü olduğunu, ABŞ iqtisadiyyatının tənəzzüldən sağ çıxa biləcəyini bildirib. 


Etiketlər:  rəhbərindən ŞOK XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ