Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2023 11:58
Meksikada həbsxanaya hücum 14 nəfərin ölümünə səbəb olub, insident nəticəsində 24 məhbus həbsxanadan qaçıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Meksikanın Syudad-Xuares şəhərində baş verib.
Həbsxanaya hücum edən silahlı şəxslərin məqsədi bəzi məhbusları oradan azad etmək olub.
İğtişaşlar zamanı ölənlərdən 10-u həbsxananın təhlükəsizlik xidmətinin əməkdaşıdır.
Məlumat üçün əlavə edək ki, Syudad-Xuares şəhəri ABŞ ilə sərhəddə yerləşir.