Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Hər ölkədə Pelenin adına stadion olsun!"

Tarix: 2 Yanvar 2023 20:00

FİFA digər futbol təşkilatlarının üzvləri ilə braziliyalı üçqat dünya çempionu Pelenin şərəfinə hər ölkədə ən azı bir stadionun adının dəyişdirilməsi imkanını müzakirə edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə bazar ertəsi FİFA rəhbəri Canni İnfantino açıqlama verib.

"Biz istəyirik ki, hər bir ölkədə, heç olmasa, Pelenin adını daşıyan bir stadion olsun. 50, 100 il keçəcək, uşaqlarımız bizdən onun haqqında soruşacaq, bütün bunlar Pelenin xatirəsini əziz edər. Bunun baş verəcəyinə əmin olmalıyıq", - deyə Canni İnfantino bildirib.

Qeyd edək ki, bu gün Braziliyanın "Santos" klubunun San-Paulu ştatının eyniadlı şəhərindəki stadionunda dekabrın 29-da 82 yaşında dünyasını dəyişən Pele ilə vida mərasimi keçirilir. İnfantino da vida mərasiminə qatılıb.

Milli.Az


Etiketlər:  Hər ölkədə Pelenin adına stadion olsun


RƏYLƏR