Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qax sakini bədbəxt hadisə nəticəsində ölüb

Qax sakini bədbəxt hadisə nəticəsində ölüb

Tarix: 3 Yanvar 2023 10:28

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Qax sakini bədbəxt hadisə nəticəsində ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ