Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zond Ayın üfüqündə Yerin doğuşunu qeydə aldı - FOTO

Zond Ayın üfüqündə Yerin doğuşunu qeydə aldı - FOTO

Tarix: 4 Yanvar 2023 13:16

Koreya Respublikasının ilk Ay zondu olan Danuri Ayın və Yerin səthinin ağ-qara fotoşəkillərini göndərib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, adının mənası təxminən "Aydan həzz almaq" kimi tərcümə olunan Danuri 2022-ci ilin avqustunda ABŞ-dən "SpaceX" raketi ilə buraxılıb və dekabrda Ayın orbitinə daxil olub.

Bildirilir ki, ötürülən görüntülər dekabrın 24-dən yanvarın 1-dək çəkilib. Koreya Aerokosmik Tədqiqatlar İnstitutunun (KARI) bəyanatında deyilir ki, zond Ayın və Yerin səthini Aydan 120 km yüksəklikdən qeydə alıb.

Yeni şəkillər və videolar 2032-ci ildə Aya eniş yerlərini seçmək üçün istifadə olunacaq.

Milli.Az


Etiketlər:  Zond Ayın üfüqündə Yerin doğuşunu qeydə aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ