Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2023 08:18
Hüquq müdafiəçisi, Yaşıllar Partiyasından ABŞ-ın vitse-prezidentliyə namizədi Ajamu Baraka Fransanın keçmiş prezidenti, general Şarl de Qollun nəvəsi Pyer de Qollun sözlərinə münasibət bildirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, o, bu barədə Tvitterdə yazıb.
Barakanın fikrincə, Pyer de Qoll kimi insanların mövqeləri Avropanın Rusiya ilə müharibəyə sürükləndiyinə dair artan konsensusu əks etdirir. Eyni zamanda, ABŞ-ın Qərb birliyi ilə Rusiyaya qarşı müharibə aparması ideyasını təbliğ edir.
Qeyd edək ki, Pyer de Qoll bildirib ki, Qərb Rusiyaya qarşı əvvəlcədən "sui-qəsd" hazırlayıb. O, ABŞ-ın faydalandığı vəziyyəti əsl iqtisadi müharibə adlandırıb və əlavə edib ki, iqtisadi və maliyyə böhranında Rusiyanın günahı yoxdur.