Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orxan Camalın qətlində əli olan rusiyalı jurnalist öldü

Orxan Camalın qətlində əli olan rusiyalı  jurnalist öldü

Tarix: 5 Yanvar 2023 08:24

Azərbaycanlı yazar, şərqşünas alim Heydər Camalın jurnalist oğlu Orxan Camalın qətlində əli olan rusiyalı jurnalist Kirill Romanovski vəfat edib.

Yevgeni Priqojinlə əlaqəli olan Romanovski "RİA Novosti" agentliyində hərbi jurnalist kimi çalışıb.

Onun adı 2018-ci ildə Mərkəzi Afrika Respublikasında (MAR) Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquyevin qətlindən sonra məlum olub.

"Dosye" Mərkəzinin məlumatına görə, məhz Romanovski MAR-da rusiyalı jurnalistlərə kömək etməli olan Martin adlı şəxsin əlaqə nömrələrini verib. Camal, Radçenko və Rastorquyev Bambari şəhərinə gedən yolda öldürülüb. Onlar Martinlə görüşə gedirmişlər.

Milli.Az


Etiketlər:  Orxan Camalın qətlində əli olan rusiyalı jurnalist öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ