Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2023 17:54
Rusiyada, Novosibirskdə evdə tək qalan 10 yaşlı uşaq yanğından xilas olmaq üçün dördüncü mərtəbənin pəncərəsindən özünü atıb.
Sonxeber.net bildirir ki, bu barədə "Komsomolskaya Pravda-Novosibirsk" məlumat yayıb.
Yanğın Boris Boqatkov küçəsi, 177 ünvanında yerləşən evdə baş verib. Uşağın qaldığı mənzil yanıb. Hadisə şahidlərindən birinin sözlərinə görə, oğlan valideynlərinin bir neçə gündür evdə olmadığını deyib, onlar dincəlməyə gediblər. Hadisə şahidləri əlavə edib ki, uşağın yanında ondan bir-iki yaş böyük olan qardaş və 27 yaşlı bacısı qalıb. Onlar da hadisə zamanı evdə olmayıblar. Yanğına sobada yeməyin bişirilməsi səbəb olub.
Uşağın xilas edilməsində ümumilikdə 10 nəfər iştirak edib - onlar yorğanı uzadıblar ki, uşaq tullanıb xilas ola bilsin. "Oğlan qorxmadı, pəncərədən atladı. Atlayandan sonra heç ağlamadı. Dedi ki, hər şey qaydasındadır. Yalnız yanan mənzildə birlikdə olduğu itdən narahat idi. İti xilas edə bilmədik", - deyə hadisənin şahidlərindən biri nəşrə bildirib.
Uşaq təcili yardım maşını ilə xəstəxanaya aparılıb, böyük bacısı da onunla gedib - həkimlər ora gələndə qız hadisə yerində olub.
Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsi yanğının məişət əşyalarının alışdığı mətbəxdə başladığını təsdiqləyib, lakin onun dəqiq səbəbləri hələlik məlum deyil. İdarədən əlavə ediblər ki, 10 nəfər özbaşına evdən təxliyə olunub. Şöbə aydınlaşdırıb ki, oğlan dəm qazından zəhərlənə bilərdi, o, hazırda xəstəxanadadır.
İrfan Vəliyev