Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ona azərbaycanlı qızla xəyanət edən Cemi bağışladı

Ona azərbaycanlı qızla xəyanət edən Cemi bağışladı

Tarix: 7 Yanvar 2023 15:15

Müğənni İrem Derici ona xəyanət edən keçmiş sevgilisi Cem Belevi haqda danışıb.

Milli.Az olay-a istinadən yazır ki, İrem Cemin ötən günlərdə verdiyi açıqlamadan ona barışıq əli uzatmasına münasibət bildirib. O, sevgi münasibətlərinin yenidən başlamağının mümkün olmayacağını desə də, Belevini bir dost kimi əfv etdiyini söyləyib:

"Kimsə kimsənin düşməni deyil. Bu mövzuda haqlıdır. Allahın salamını bir-birimizdən əsirgəmərik. Həm birini bağışlamamaq, o əsəblə yaşamaq böyük yükdür. Mənim bu yüklə yaşamağa fürsətim və vaxtım yoxdur. Sadəcə bəyaz bayraq qaldırdıq. Amma yenidən barışıb, bir araya gəlməyimiz, görüşməyimiz kimi bir durum ola bilməz. Həm də birinə əsəbin keçməyəndə yeni münasibətə də başlaya bilmirsən. O, məndən danışmasın, mən də ondan. Eyni işi görürük, tədbirlərdə qarşılaşa bilərik. Onun narahatlığını yaşamaq pisdir. Çünki bir çox yerə onunla qarşılaşmamaq üçün getməmişəm. Bundan sonra haradasa rastlaşsaq, salamlaşarıq. Zatən yüz il keçib, demək olar, bir il olacaq".

Qeyd edək ki, Cem İremə azərbaycanlı model və aktrisa Nərgiz Nəsrullayeva ilə xəyanət etmişdi.

Milli.Az


Etiketlər:  azərbaycanlı qızla xəyanət edən Cemi bağışladı


RƏYLƏR