Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2023 19:18
General Əhmədrza Radan İran Hüquq-Mühafizə Qüvvələrinin yeni baş komandanı təyin olunub.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə İranın ali rəhbəri Seyid Əli Xameneinin tviter səhifəsində məlumat yayılıb.
O, bu postda briqada generalı Hüseyn Əştərini əvəzləyib.
Ali rəhbər yeni komandana polis təşkilatının imkanlarının təkmilləşdirilməsini, əməkdaşların ləyaqətinin qorunmasını və müxtəlif təhlükəsizlik sahələri üçün ixtisaslaşmış polislərin hazırlanmasını başlıca tövsiyə olaraq vurğulayıb. Xamenei qeyd edib ki, dövlətin müxtəlif qurumlarının hüquq-mühafizə orqanı ilə əməkdaşlıq etməsi gözlənilir.