Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2023 19:52
Rusiya 2022-ci ilin oktyabrında səfərbər edilən 300 min əsgərdən əlavə, yanvar-fevral aylarında daha 500 min nəfər səfərbər etməyi planlaşdırır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin rəis müavini Vadim Skibitski deyib.
Skibitskinin sözlərinə görə, yeni səfərbər olunanlar yaz və yay aylarında Ukraynanın şərqində və cənubunda Rusiyanın bir sıra hücum əməliyyatlarında iştirak edəcəklər:
"Biz gözləyirik ki, onlar Donetsk və Xarkov vilayətlərində, o cümlədən, ola bilsin, Zaporojyedə də hücum əməliyyatları keçirəcəklər, Xerson və Krımda özlərini müdafiə edəcəklər. Bu, belə bir tapşırığı yerinə yetirmək üçün onlara lazım olacaq insanların sayıdır".