Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dərviş Parisi partladır”a baxdım - Britaniya səfirindən maraqlı paylaşım - FOTO

“Dərviş Parisi partladır”a baxdım - Britaniya səfirindən maraqlı paylaşım - FOTO

Tarix: 8 Yanvar 2023 21:36

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld izlədiyi Azərbaycan filmləri haqqında təəssüratlarını bölüşüb.

Səfir bu barədə tviter səhifəsində yazıb.

O, Azərbaycan dilini yenidən öyrənməyə başladığını açıqlayıb.

"Bu həftə Azərbaycan dili dərslərimə yenidən başlamışam. Gələn ay C1 imtahanımı verməliyəm. Ev tapşırığı olaraq "Dərviş Parisi partladır"a baxdım. Ümid edirəm ki, danışanda çox da Monsieur Jordan kimi səslənmirəm! Ən çox sevdiyim Azərbaycan filmi 'Gün keçdi' filmidir. Bəs sizin?", - deyə səfirin atdığı tvitdə bildirilib.


Etiketlər:  Dərviş Parisi partladıra baxdım Britaniya səfirindən maraqlı paylaşım FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ