Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada daha bir tanınmış aktyoru “xain” elan etməyə hazırlaşırlar

Rusiyada daha bir tanınmış aktyoru “xain” elan etməyə hazırlaşırlar

Tarix: 9 Yanvar 2023 07:20

Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev aktyor Artur Smolyaninov barəsində cinayət işinin açılması xahişi ilə İstintaq Komitəsinə müraciət edəcəyini söyləyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,Ukraynanın işğalından sonra Rusiyanı tərk edən aktyor "Novaya qazeta.Avropa"ya müsahibəsində indiki müharibədə iştirak etməli olsa, Ukraynanın tərəfində vuruşacağını bildirib.

Smolyaninov bundan əvvəl də müharibənin əleyhinə çıxışları ilə Ukraynanı dəstəkləyib. "Novaya qazeta"ya müsahibə verən aktyor bildirib ki, əlində silah Ukraynaya qarşı döyüşənlərə qarşı "nifrətdən başqa heç nə" hiss etmir.

Həmzəyev Smolyaninovu "satqın" adlandırıb və İstintaq Komitəsinə müraciət edəcəyini bildirib.

Artur Smolyaninov "Yolkalar", "9-cu bölük", "Günəşin yandırdığı - 2", "Duhless" filmlərindəki rolları ilə tanınıb. Müharibə başlayandan sonra o, Rusiyanın Ukrayanaya qarşı başladığı işğalçı savaşı tənqid edib. Ötən ilin oktyabrında Moskvanın Qaqarinski Rayon Məhkəməsi Smolyaninovu "Rusiya ordusunu nüfuzdan salmaq" maddəsi ilə 30 min rubl cərimələyib. Məhkəmə qərarını verən zaman Smolyaninov artıq Rusiyanı tərk etmişdi.

Milli.Az


Etiketlər:  Rusiyada daha bir tanınmış aktyoru xain elan etməyə hazırlaşırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ