Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda gecə 1-3° şaxta olacaq - PROQNOZ

Bakıda gecə 1-3° şaxta olacaq - PROQNOZ

Tarix: 10 Yanvar 2023 13:24

Yanvarın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.

Milli.Az


Etiketlər:  Bakıda gecə 1 3 şaxta olacaq PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ