Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onlar Mənzurə ola bilməyəcəklər'' - VİDEO

''Onlar Mənzurə ola bilməyəcəklər'' - VİDEO

Tarix: 10 Yanvar 2023 21:05

Müğənni Mənzurə Musayeva həmkarları Rəqsanə İsmayılova və Nazənin Salayeva ilə "kəllə-kəlləyə" gəlib.

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sənətçi "ürək" mövzusunda oxuduğu mahnıların həmkarları tərəfindən təkrarlandığını bildirərək, onları sözləri ilə "sancıb".

Mənzurəni qəzəbləndirən isə ondan sonra Rəqsanənin və Nazənin ifa etdiyi "ürək" mövzusunda ifa etdikləri fərqli-fərqli "Ay ürəyim" adlı mahnılar olub.

"Nə oxuyuramsa, digər müğənnilər mahnımın sözlərini başqa cür düzəldib oxuyurlar. Elə bil ki, mənə qədər mövzu tapmırlar. Baxıb, görürlər ki, Mənzurə nə oxudu, çalışırlar o mövzuda mahnı ifa etsinlər. Musiqi əsas eynidir. Onlar oxuduqları mahnıları mənim mahnılarıma nə qədər mənə oxşatsalar da alınmaz! Onlar Mənzurə ola bilməyəcəklər. Kim birinci oxuyubsa, onda daha yaxşı alınıb", - deyə Musayeva bildirib.

Müğənni bildirib ki, retro və bəstəkar mahnılarla indi pul qazanmaq mümkün deyil:

"Mən bu mahnıları daha çox toy üçün ifa edirəm. Retro, bəstəkar mahnıları zamanında oxumuşam. Amma o nəğmələrlə pul qazanmaq olmur".

Mənzurə Musayeva müsahibəsinin sonunda özünü brend anlandırıb: 

"Brendlər çoxdur. Brendlərin yanında isə Mənzurə Musayeva var. Hamısının cavabını verməyə yüzdə-yüz hazıram".


Etiketlər:  Onlar Mənzurə bilməyəcəklər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ