Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 14:34
La Liqanın "Atletiko" - "Barselona" matçında yaşanan qalmaqalın günahkarlarını gözləyən cəza bəlli olub.
Sonxeber.net xəbər verir ki, meydan sahiblərinin müdafiəçisi Stefan Saviç və qonaqların hücumçusu Ferran Torres, hətta 12 oyunluq diskvalifikasiya ala bilər. Uzatma dəqiqələrində toqquşma zamanı yerə yıxılan futbolçular arasında münaqişə yaşanıb. Hakim hər iki oyunçunu qırmızı vərəqə ilə cəzalandırıb.
Onların bu hərəkəti rəqibə hücum kimi dəyərləndirilə bilər. Əgər bu davranış belə sərt hesab olunsa, Saviçlə Torres 12 matç kənarda qalacaq.
Qeyd edək ki, "Barselona" səfər görüşündə 1:0 hesablı qələbə qazanıb. (publika)