Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 16:28
Rusiyalı alimlər smartfonların elastik ekranlarında tətbiq oluna bilən yeni cərəyan keçirici plyonka hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, bir qayda olaraq, əksər smartfonların displeyində cərəyan keçirici kimi plastikliyi 3 sm əyilmə radiusu ilə məhdudlaşan indium-qalay oksiddən istifadə olunur. Rusiyalı mütəxəssislər əyilmə radiusu 2 mm olan material hazırlamağa müvəffəq olublar.
Belə plyonka daha kiçik reflektor qabiliyyətinə malik maksimum dərəcədə nazik bükülən smartfonlar hazırlamağa imkan verəcək ki, bu da günəşli havada onlardan istifadəni rahat edəcək. Bu halda yeni plyonkalar iş qabiliyyətini saxlamaq şərtilə dəfələrlə 100%-dək dartıla bilər.
Bundan başqa, sözügedən plyonka yüksək dəqiqlikli tibbi sensor və robotlar üçün taktil datçiklərin hazırlanmasında istifadə edilə bilər.
Emil Hüseynov