Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 09:30
"Səhhətim və maddi vəziyyətim çox ağırdır".
Sonxeber.net xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi bədənində yeni törəmələrin aşkar olunduğunu açıqlayıb:
"Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə-dərmanlarla zaman qazanmağa çalışıram".
Tünzalə maddi vəziyyətinin də pis olduğunu dilə gətirib:
"Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüf ki, kimsə maddi yardım etmir".
Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyanın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. O, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.
Beynində bədxassəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüa terapiyası almalı, daha sonra isə "ağıllı" dərmanlar qəbul etməli olduğunu açıqlayıb.