Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiola üçün əlamətdar oyun

Qvardiola üçün əlamətdar oyun

Tarix: 14 Yanvar 2023 19:10

İngiltərə Premyer Liqasının 20-ci turunda "Mançester Yunayted"lə hazırda davam edən matç "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola üçün əlamətdar olub.

Bu, 51 yaşlı mütəxəssisin yüksək liqalarda 500-cü oyunu kimi tarixə düşüb.

Daha əvvəl Qvardiola "Barselona" və "Bavariya"ya rbaş məşqçilik edərkən Almaniya və İspaniyanın əsas çempionatlarının matçlarına çıxıb.  

Qvardiolanın baş məşqçiliyi altında oynayan komandalar keçirdiyi matçların 76 faizini 499 oyundan 379-nu qazanıb. Bu,  2008/09 mövsümündən indiyədək yüksək divizionlarda ən azı 100 matç keçirmiş mütəxəssislər arasında ən yaxşı nəticədir.

Qeyd edək ki, hazırda davam edən "Mançester Yunayted" - "Mançester Siti" görüşündə hesab 0:0-dır.

Milli.Az


Etiketlər:  Qvardiola üçün əlamətdar oyun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ