Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan Londona: Müharibə daha da qızışacaq!

Rusiyadan Londona: Müharibə daha da qızışacaq!

Tarix: 16 Yanvar 2023 03:22

Britaniyanın Ukraynaya "Challenger 2" tankları göndərmək planı döyüş əməliyyatlarını sona yaxınlaşdırmayacaq, əksinə, müharibəni daha da kəskinləşdirəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyi məlumat yayıb.

"Challenger 2" tanklarına gəlincə, onlar çətin ki, Ukrayna Silahlı Qüvvələrinə döyüş meydanında vəziyyəti dəyişməyə kömək etsinlər, lakin onlar Rusiya silahları üçün qanuni böyük hədəfə çevriləcəklər", - səfirlik bildirib.

Qeyd edək ki, Britaniya Baş naziri Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında Kiyevə "Challenger 2" tankları veriləcəyini açıqlamışdı.

Milli.Az


Etiketlər:  Rusiyadan Londona Müharibə daha da qızışacaq


RƏYLƏR