Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə ediblər

Tarix: 17 Yanvar 2023 20:21

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.

Sonxeber.net bildirir ki, yanvarın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı zamanı ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini müzakirə olunub

Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda müəyyən edilmiş parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam şəkildə açılmasının vacibliyini vurğulayıb.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas trekləri üzrə hərtərəfli işin bərpası üçün bütün əlaqəli məsələlər üzrə qarşılıqlı məqbul həllərin əldə edilməsinin vacibliyi də vurğulanıb.


Etiketlər:  Azərbaycan Rusiya XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ