Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın birinci xanımı Zelenskinin məktubunu Çin iderinə verəcək

Ukraynanın birinci xanımı Zelenskinin məktubunu Çin iderinə verəcək

Tarix: 18 Yanvar 2023 08:40

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Çin Xalq Respublikasının Sədri Si Cinpinə Volodimir Zelenskinin məktubunu çatdıracaq. Orada Ukrayna dövlət başçısı Rusiya ilə müharibənin dayandırılması ilə bağlı təkliflərini yazıb.

Sonxeber.net "report"a istinadən xəbər verir ki, Y. Zelenskaya bildirib ki, o, Çinin baş nazirinin müavini Liu Heyə Ukrayna liderinin məktubunu Çin Xalq Respublikasının Sədrinə çatdırması üçün təqdim etməyi planlaşdırır.

O, əlavə edib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və İsveçrə prezidenti Alain Berset üçün də məktubları var.

"Bu gün mən forumun bu hissəsində iştirak edən həmkarlarıma Ukrayna Prezidentinin düstur məktublarını çatdıracağam. Sülhü qaytaran birlikdir. Dünya bütün Ukrayna şəhərlərinin yandırılmasını dayandıra bilmirsə, iqlim neytrallığına necə nail olmağı gözləyir?".


Etiketlər:  Ukraynanın birinci xanımı Zelenskinin məktubunu Çin iderinə verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ