Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2023 15:56
Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.
Sonxeber.net AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.
Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Emin Mehtiyev "Abşeron", "Sumqayıt", "Səbail", "Qaradağ Lökbatan", "Keşlə" klublarının, həmçinin Türkiyədə "Niksar Bələdiyyəspor"un formasını geyinib. Fərmayıl Əliyev isə "Turan"ın yetirməsidir. O, müxtəlif vaxtlarda "Şərurspor" və "Neftçi" komandalarının da şərəfini qoruyub.